Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta: "Sizin başınıza gətirilən müsibətlərdən sonra iradəniz, əzminiz insanı heyrətə gətirir"

0






  •         21.02.2017-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta, xanımı Anna Sekuta və səfirliyin nümayəndələri Goranboy rayonu ərazisində Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində olublar. 

            Əvvəlcə qonaqlar Aşağı Ağcakənddə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər və abidə önünə tər çiçəklər düzüblər.

            Daha sonra səfirliyin nümayəndələri şəhid ailəsi Ramiz Nəsirovun evinə baş çəkdilər. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Xocalı soyqırımının canlı şahidlərindən biri kimi 25 il öncə erməni quldurları tərəfindən törədilmiş müsibətlərdən danışdı, həmçinin rayonumuz haqqında və sakinlərimizin köçkünlük həyatından geniş məlumat verib.

            Şahid ailələri və əsir düşmüş Xocalı sakinləri öz dərdlərini səfir Robert Sekuta ilə bölüşdü. Onlar xahiş etdilər ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərə öz köməkliyini göstərsin. 

            Xocalı soyqırımının şahidlərini dinləyən Robert Sekuta belə bir faciənin baş verməsindən təəssüf hissi keçirdiyini və bu soyqırımı yaşayan insanların iradəsinə, əzminə heyrət etdiyini ifadə edib.

            

                                                                                                                          Qalib Bəyməmmədoğlu









    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib19 dəfə
    ABŞ ın ölkəmizdəki səfiri Robert Sekuta: "Sizin başınıza gətirilən müsibətlərdən sonra iradəniz əzminiz insanı heyrətə gətirir"

    Maraqlı gələ bilər
    39
    0
    26